Xızıda küllü miqdarda hərbi sursat tapılıb

Xızıda küllü miqdarda hərbi sursat tapılıb
  07 Noyabr 2017    Oxunub:1281
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə, Bakı-Rostov dəmiryolunun 82-ci km-nə, yaşıllaşdırma idarəsinin ərazisinə, dəniz sahilinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
ANAMA-dan AzVision.az-a verilən məlumata görəş, 138 ədəd partlamamış hərbi sursat (PHS), 200 ədəd partlamış-yanmış mərmi qalıqları və 1270 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 924 284 kv.m (92.43 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 62 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 14403 ədəd partlamamış hərbi sursat (PHS), 6 467 ədəd partlamış-yanmış sursat qalıqları və 61 002 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 60 615 642 kv.m (6 062 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti