Parlamentdə büdcə müzakirələri başlayıb - Yenilənib

Parlamentdə büdcə müzakirələri başlayıb - Yenilənib
  07 Noyabr 2017    Oxunub:2077
Milli Məclisdə büdcə müzakirələri başlayıb.
AzVision.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilir.

Müzakirədə maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər iştirak edirlər.

***
(09:15)

Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır.

AzVision.az xəbər verir ki, bu gün parlamentin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə olunacaq.

Müzakirələr iki gün davam edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Büdcə  





Xəbər lenti