Təbriz küçəsində piyada keçidi tikiləcək

Təbriz küçəsində piyada keçidi tikiləcək
  07 Noyabr 2017    Oxunub:1508
Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir. Bu çərşivədə Təbriz və İ. Həsənoğlu küçələrinin kəsişməsi araşdırılb, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, İ.Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olduğu müəyyən edilib.

“Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir. Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi sola dönmə zolağının təşkil edilməsi və sola dönən nəqliyyat vastələrinin hərəkətinin kanallaşdırılması barədə təklifi hazırlanıb. Təklifdə həmçinin, svetofora sola dönmə fazasının əlavə edilməsi, Təbriz küçəsində piyada keçidinin təşkili də öz əksini tapıb.

Təkliflərin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadalarının rahatlığının təmin edilməsi mümkün olacaq".

Təklif baxılması üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.

AzVision.az


Teqlər: piyada   BNA  





Xəbər lenti