Ermənilərin həsəd apardığı general: “Onlar heç vaxt bunu etməzlər”

Ermənilərin həsəd apardığı general: “Onlar heç vaxt bunu etməzlər”
  07 Noyabr 2017    Oxunub:11706
Xəbər verdiyimiz kimi, erməni “facebook” istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıblar. Göründüyü kimi, bu fotoda general şəhid anasının əlini öpür.

Erməni “facebook” istifadəçisi Haykaz Gevorkyan fotonu “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.
General Aydəmirov AzVision.az-a açıqlamasında bildirib ki, düşmən tərəfi bizim hərəkətlərimizi təkrarlamağa çalışır.

Onun sözlərinə görə, erməni generallar heç vaxt belə addım ata bilməz və ancaq bizə həsəd apara bilərlər:

“Ermənilərdə əsgər anasının əlini öpəcək general yoxdur. Onlar bunu etməzlər. Çünki, onlar öz torpaqları uğrunda vuruşmurlar. Onların əqidəsində bu yoxdur. Ermənistan böyük dövlətlərin müqəvvası, forpostudur. Ermənilər daim həmin dövlətlərin sifarişlərini yerinə yetirib. Tarixən bu belə olub. Necə ola bilər ki, onların generalı hansısa əsgərin anasının əlindən öpsün? Buna onların əqidələri çatmır. Biz ancaq öz torpaqlarımızı işğaldan azad etmək üçün çalışırıq və bu günü səbrsizliklə gözləyirik. Bu, ermənilərin əqidəsinə, əxlaqına, qayda-qanunlarına uyğun olmayan haldır”.



Qeyd edək ki, Yaşar Aydəmirovun həmin fotosu noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Fotoda 1997-ci ildə şəhid olan kəşfiyyatçı Anar Rzayevin anası Siyafət Rzayevaya medal təqdim edən general-leytenant Yaşar Aydəmirov ehtiram əlaməti olaraq şəhid anasının əlindən öpür və qarşısında baş əyir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Aydəmirov  





Xəbər lenti