Siyavuş Novruzov: “Deputatların maaşı artırılmalıdır” (VİDEO)

Siyavuş Novruzov: “Deputatların maaşı artırılmalıdır” (VİDEO)
  07 Noyabr 2017    Oxunub:12674
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deputatların maaşının artırılmasını təklif edib.
AzVision.az xəbər verir ki, komitə sədri bu gün parlamentdə büdcə müzakirələri zamanı belə bir təkliflə çıxış edib.

S.Novruzov hesab edir ki, Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin maaşından azdır: “Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır”.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti