Neslihan Atagül 6 azərbaycanlını qonaq edəcək

  06 Noyabr 2017    Oxunub : 199
Neslihan Atagül 6 azərbaycanlını qonaq edəcək

Bu il Azərbaycandan müsabiqə yolu ilə 6 nəfər Neslihan Atagül Doğulu ilə birlikdə “Pantene Altın Kelebek Mükafatları”-nı izləyə biləcək. Qeyd edək ki, qazananların səyahət xərclərini P&G şirkəti tərəfindən qarşılanacaq.

AzVision.azxəbər verir ki, həmin şxəslərdən 4-ü lotereya iştirakçılarından, 2-i isə foto müsabiqə iştirakçıları arasından seçiləcək. Lotereyada iştirak etmək istəyənlər Pantene 3 dəqiqədə möcüzə balzamının satın alaraq, məhsulun özəl kodunu pantenemocuzesi.az saytına daxil edəcəklər.

Hər həftə 1 nəfər lotereya vasitəsilə canlı yayımda qalib seçiləcək. Qaliblər Pantene Altın Kelebek Gecəsində izləyici kimi iştirak edərək tədbiri canlı izləyə biləcəklər.
Digər 2 nəfər isə Pantene 3 dəqiqədə möcüzə balzamı ilə şəklini İnstagramda #PanteneMocuzesi həştəqi ilə paylaşanlar arasından Neslihan Atagül Doğulu tərəfindən seçiləcək. Bu xanımlar da canlı olaraq Pantene Altın Kelebek Gecəsini izləyə biləcəklər. Bütün xərclərinə (nəqliyyat, otel, yemək) əlavə olaraq geyim və saç, vizaj məsrəfləri də P&G şirkəti tərəfindən qarşılanacaqdır.

Azərbaycana ilk dəfə gələn Neslihan Atagül Doğulu Pantene-in ən son məhsulu olan 3 dəqiqədə möcüzə balzamını da “Pantene Möcüzə Gecəsi”-də təqdim edəcək. Bu balzam saçı dibindən uclarına qədər yumşaldır və artıq dünyada 25 milyon qadın tərəfindən istifadə edilib. İstifadə edənlər 3 dəqiqədə saçdakı fərqin hiss edildiyini qeyd edirlər.

AzVision.az

Teqlər: Nəslihan-Atagül