Deputatdan maaşların artırılması ilə bağlı təklif

Deputatdan maaşların artırılması ilə bağlı təklif
  07 Noyabr 2017    Oxunub:1672
"Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var"
AzVision.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə büdcə müzakirələri zamanı deyib. Millət vəkili təklif edib ki, 2018-ci ilin büdcəsində bu məsələ nəzərə alınmalıdır.

"Növbəti ilin büdcəsində müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı əmək haqqı artımı nəzərdə tutulub, qalan sahələrdə əmək haqqının artırılmasına baxılmayıb. Büdcə təşkilatlarında çalışan, 200-300 manat maaş alanların vəziyyəti pisləşib. Büdcənin strukturuna yenidən baxılanda daha səmərəverən sahələrə, aztəminatlı ailələrə, o cümlədən büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var" - deputat deyib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Büdcə  





Xəbər lenti