Azərbaycanla Aİ arasında əlaqələr inkişaf edir

Azərbaycanla Aİ arasında əlaqələr inkişaf edir
  07 Noyabr 2017    Oxunub:1076
Milli Məclisinin sədri Oqtay Əsədov Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AzVision.az xəbər verir ki, Oqtay Əsədov bu səfərin Azərbaycan ilə Avropa İttifaqı arasında inkişafa töhfə verəcəyinə inandığını deyib. O bildirib ki, son vaxtlar Azərbaycanda Avropa İttifaqının nümayəndələri ilə tez-tez görüşlər keçirilir və bu görüşlər əlaqələrimizi daha da inkişaf etdirir.

Milli Məclisin sədri ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətdən, region, eləcə də Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng enerji, nəqliyyat layihələrindən söz açıb.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold gələcəkdə belə görüşlərin davamlı olacağına ümid etdiyini deyib. O, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir. Bu gün əsas diqqət Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yönəldilməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

AzVision.az


Teqlər: Milli-Məclis   Avropa-İttifaqı  





Xəbər lenti