Zakir Həsənov NATO toplantısında iştirak edəcək

  07 Noyabr 2017    Oxunub : 386
Zakir Həsənov NATO toplantısında iştirak edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Belçikaya gedəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə və Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov