Ramin Quluzadə vətəndaşlarla görüşəcək

Ramin Quluzadə vətəndaşlarla görüşəcək
  07 Noyabr 2017    Oxunub:1213
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu üzrə növbəti görüşünü noyabrın 14-də saat 1230-da Yevlax şəhərində keçirəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, nazir Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətləri üzrə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Yevlax rayonunda 02233 64646
Tərtər rayonunda 02223 61554
Ağdam rayonunda 02632 50622
Bərdə rayonunda 02020 51515

AzVision.az


Teqlər: Ramin-Quluzadə  





Xəbər lenti