Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb

Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb
  07 Noyabr 2017    Oxunub:1360
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Azərbaycanın xalq artisti, bəstəkar, ictimai xadim Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, poçt markası Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə çap olunub. 40x28mm ölçüsündə olan markanın tirajı 200 000 ədəd təşkil edir. Marka “Belarusskiy dom peçati” mətbəəsində, Belarusda yüksək keyfiyyətlə nəşr olunub.

Tofiq Quliyev 1917-ci il noyabr ayının 7-də, Bakı şəhərində, mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. O, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifidir. Tofiq Quliyev Azərbaycanın Əməkdar İncəsənət xadimi, Xalq artisti fəxri adına layiq görülüb. Eyni zamanda, ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal ordeni” ilə təltif olunub.

2000-ci il oktyabr ayının 4-də dünyasını dəyişən Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi məqsədi ilə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Bakı şəhərinin küçələrindən biri və 12 saylı musiqi məktəbi bəstəkarın adını daşıyır.

AzVision.az


Teqlər: poçt  





Xəbər lenti