Nümayəndəlik fəaliyyətilə bağlı dəyişikliklər təsdiqləndi

Nümayəndəlik fəaliyyətilə bağlı dəyişikliklər təsdiqləndi
  08 Noyabr 2017    Oxunub:2793
Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklə məhkəmə proseslərində nümayəndəlik institutu vəkillik institutu ilə əvəzlənib.

Sənədlərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Belə ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən “fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər.

Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

AzVision.az


Teqlər: Fərman  





Xəbər lenti