Xızıda 165 ədəd hərbi sursat aşkarlanıb

Xızıda 165 ədəd hərbi sursat aşkarlanıb
  08 Noyabr 2017    Oxunub:1008
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata əsasən, noyabrın 7-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 165 ədəd partlamamış hərbi sursat (PHS), 154 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 557 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 830 180 kv.m (83.02 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 63 gün ərzində 14 568 ədəd partlamamış hərbi sursat (PHS), 6 621 ədəd partlamış-yanmış sursat qalıqları və 62 559 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 61 445 822 kv.m (6 145 ha) ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti