Abşeronda 3 min nəfərlik yürüş keçiriləcək

  08 Noyabr 2017    Oxunub : 547
Abşeronda 3 min nəfərlik yürüş keçiriləcək

Abşeron rayonunda 9 noyabr Bayraq Günü ilə bağlı tədbir keçiriləcək.

Abşeron Rayoin İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, ayın 9-da hava şəraiti qeyri-sabit, yəni yağışlı olacağı ilə əlaqədarBayraq Gününün ayın 8-ə ertələnməsi nəzərdə tutulub. Bayraq günü ilə əlaqədar olaraq 3000-dən çox insanın yürüşü planlaşdırılır.

Yürüş Xırdalan şəhərində, Rayon İcra Hakimiyyətinin qarşısından başlayaraq Heydər Əliyev Parkında yerləşən Bayraq Meydanına qədər davam edəcək. Yürüşdə rayonun idarə və müəssisələri, təşkilatları, təhsil ocaqlarının nümayəndələri, KİV, tanınmış şəxslər iştirak edəcək. Yürüş bitdikdən sonra Heydər Əliyev Parkında yerləşən açıq hava konsert arenasında Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim ediləcək.

Yürüş zamanı iştirakçılar əllərində Azərbaycanın üç rəngli bayrağını tutacaq. müxtəlif rənglərdə çətirlər və şarlar vasitəsi ilə bir nüçə yerdə fləş-moblar keçiriləcək.

Aytən Zəhra
AzVision.az

Teqlər: Bayraq-Günü