Sosial müdafiə xərcləri 20 faiz artırılıb

Sosial müdafiə xərcləri 20 faiz artırılıb
  08 Noyabr 2017    Oxunub:1336
“2018-ci ilin icmal büdcəsində sosial müdafiə xərcləri bu illə müqayisədə 20% çoxdur”.
AzVision.az–ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsində xərclərin 33.5 faizi sosial məqsədlər üçün istifadə olunacaq: “İcmal büdcənin böyük hissəsi sosial müdafiə məsələlərinə yönəldilib. Gələn ilin dövlət büdcəsində xərclərin 33,5 %-i sosial müdafiə tədbirlərinə yönəldilib. Bu göstərici əvvəlki illərdə 26-28% civarında olub”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Had-Rəcəbli  





Xəbər lenti