Ölkəmizdə qrip epidemioloji həddi keçməyib - Baş epidemioloq

Ölkəmizdə qrip epidemioloji həddi keçməyib - Baş epidemioloq
  08 Noyabr 2017    Oxunub:1945
“Qrip bütün dünyada olduğu kimi, Azərbaycanda da var. Amma ölkədə qrip və qripə bənzər xəstəliklərlə yoluxma epidemioloji həddi keçməyib”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

O, bildirib ki, əgər hər 1000 nəfərdən 10-u qripə yoluxubsa, bu, adi haldır.

“Bundan xoflanmaq lazım deyil. Qripin Azərbaycandan çox yayıldığı ölkələr var. Azərbaycanda qriplə xəstələnmə halları az qeydə alınır".

Baş epidemioloq bildirib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri aparılır: “Ölkədə qriplə xəstələnmə epidemioloji həddi keçmədiyi üçün Səhiyyə Nazirliyi tərəfindən qripə qarşı peyvənd işi aparılmır. Qripə qarşı peyvənd olunmaq istəyənlər özəl müəssisələrə müraciət edə bilərlər".

Aytən Zəhra
AzVision.az


Teqlər: Baş-epidemioloq   Qrip  





Xəbər lenti