Deputatdan azyaşlı uşağı olanlarla bağlı mühüm təklif

Deputatdan azyaşlı uşağı olanlarla bağlı mühüm təklif
  08 Noyabr 2017    Oxunub:1796
“Azərbaycanda 3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinət artırılsın və dəyişiklik edilmədən 3 il müddətinə sabit qalsın”.
AzVision.az xəbər verir ki, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Komitə sədri güzəştli sosial evlərin ipoteka yolu ilə müəllimlər və həkimlər üçün də verilməsini təklif edib: “Bu, onların işlərinə stimul yarada bilər. Məişət zorakılığının qarşısının alınması ilə məşğul olan qurumların fəaliyyətinin gücləndirilməsinə böyük ehtiyac var. Məhkəmələrdə psixoloq, sosial işçi qrupları yaradılması vacibdir”.

A.Naxçıvanlı zorakılıq qurbanları olanlar üçün qaynar xəttin yaradılmasını da təklif edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Aqiyə-Naxçıvanlı  





Xəbər lenti