“Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqildir” - Prezident

“Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqildir” - Prezident
  08 Noyabr 2017    Oxunub:1665
Azərbaycanda maliyyə vəziyyəti bir çox ölkələr üçün nümunədir. Bu ilin 9 ayında valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb.

AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
Prezident bildirib: “Davos İqtisadi Forumu tərəfindən iqtisadi uğurlarımız qeyd olunub. Neftdən gələn gəlirlər Dövlət Neft Fondunda şəffaf şəkildə saxlanılır və vacib sosial və infrastruktur layihələrinə xərclənilir. Buna misal olaraq Bakı-Tibilisi-Qars dəmir yolu xəttidir. Bu tarixi nailiyyətdir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqil ölkədir: “İqtisadi müstəqilliyimizdə neftçilərin böyük əməyi var. Bundan sonra da neft-qaz sektoru Aərbaycanın inkişafı üçün əsas sahə olacaq. Bu sektorun inkişafı üçün zəruri addımlar atılacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti