Oqtay Şirəliyevdən yeni baş həkim təyinatı

Oqtay Şirəliyevdən yeni baş həkim təyinatı
  08 Noyabr 2017    Oxunub:1573
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib.
AzVision.az Report-a istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Rəhbər Əziz oğlu Əzizov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R.Əzizov bundan əvvəl Ağcabədi RMX-nin Poliklinika şöbəsinin baş həkimi işləyib.

Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Azad Hüseynov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti