Nazir ölkəmizdə təhsil almış efiopiyalılarla görüşüb

Nazir ölkəmizdə təhsil almış efiopiyalılarla görüşüb
  09 Noyabr 2017    Oxunub:1224
Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Azərbaycanda təhsil almış efiopiyalı tələbələrlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Elmar Məmmədyarov təhsil sahəsinin Azərbaycan və Efiopiya arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacib olduğunu söyləyib. O, həmçinin Efiopiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin təşviqi üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirib.

Görüşdə məzunlar Azərbaycan və Efiopiya arasında dostluq körpüsünün əsasını qoyduqlarını bildirərək, müxtəlif dövrlərdə göstərilmiş dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycanda təhsil almış tələbələrin hazırda Efiopiyanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını bildiriblər.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti