Kiyevdə Dövlət Bayrağı Günü münasibətilə aksiya keçirilib - Fotolar

Kiyevdə Dövlət Bayrağı Günü münasibətilə aksiya keçirilib - Fotolar
  09 Noyabr 2017    Oxunub:2822
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbir məntəqəsinin təşkilatçılığı ilə Kiyevdə aksiya keçirilib.
AzVision.az-ın məlumatına görə, aksiyada şəhər sakinlərinə və xarici qonaqlara bayrağımızın rəmzləri, tarixi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sonra “Şanlı bayrağımla şəkil” aksiyası reallaşdırılıb.









AzVision.az


Teqlər:





Xəbər lenti