Metroda oğurluq edən şəxs tutulub

Metroda oğurluq edən şəxs tutulub
  09 Noyabr 2017    Oxunub:2122
Bakı Metropolitenində oğurluq etmiş şəxs saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 8-də metronun “Nizami” stansiyasında Şamaxı rayon sakini X.Mürsəlovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf İsgəndərov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

AzVision.az


Teqlər: Metro   DİN   Oğurluq  





Xəbər lenti