Azərbaycan həmsədrlərdən əməli addımlar gözləyir

Azərbaycan həmsədrlərdən əməli addımlar gözləyir
  10 Noyabr 2017    Oxunub:1223
Azərbaycan Minsk Qrupunun Həmsədrləri və ATƏT-dən üzv Dövlətlərin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təbliğ etmək və yaymaq üçün edilən istənilən səyləri pisləməyi gözləyir.
AzVision.az-ın məlumatına görə, bu haqda ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin, YSPQ-nun Rəhbərinin və Dağlıq Qarabağ Münaqişəsinin Həlli üzrə Şəxsi Nümayəndəsinin Noyabrın 9 - da Vyanada keçirilən konfransındakı, bəyanatlarına cavab olaraq ATƏT-in Daimi Şurasının 1163-cü İclasında ATƏT-də Azərbaycan nümayəndə heyəti tərəfindən bəyan edilib.

Azərbaycan missiyası bildirib ki, Ermənistanın yüksək səviyyəli rəsmilərinin Cenevrə görüşündən əvvəl və dərhal sonra verdikləri bəyanatlar İrəvanın əsl niyyətlərinə dair suallar yaradır: "Bu çərçivədə Minsk qrupunun həmsədrlərindən və ATƏT-ə üzv olan dövlətlərdən gözləyirik ki, onlar Ermənistanın Dağlıq Qarabağ bölgəsinin ermənilərinin ayrılmasını mənasız hüquqi misallarla izah etmək və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qeyri-qanuni rejimin yayılmasına və təşviq edilməsinə səy göstərmək üçün etdiyi istənilən cəhdləri qınayacaqlar Ermənistanın qeyri-qanuni nümunələrini pisləyəcəklər".

Daha sonra belə cəhdlərin 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qınanıldığı qeyd olunur.

Azərbaycan nümayəndə heyəti qeyd edib ki, Ermənistan anlamalı və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanımayacaqdır.

Bəynatda qeyd olunur ki, münaqişənin Azərbaycan Respublikası Konstitusiyasını pozan və beynəlxalq hüquqa zidd olan sülh yolu ilə həlli mümkün deyil. Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistandan istədiyi siyasi nəticəyə gətirib çıxarmayacaq .

ATƏT-in Azərbaycan missiyası, həmçinin, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) beynəlxalq sülhməramlılıq hərəkatında mövcud tendensiyalar və inkişaflarla tanış olmasını, təşkilat daxilində və xarici maraqlı tərəflərlə əyaniliyi və sülhün qorunması variantlarını artırmaq üçün bir sıra təşəbbüsləri həyata keçirməsini dəstəkləyir: "Biz əvvəlki kimi düşünürük ki, YSPQ, ATƏT-in münaqişə ilə məşğul olan üç dayağından biri kimi ümumi sülh prosesinə daha yaxşı inteqrasiya edilməlidir. YSPQ-nun qoşunların təmas xəttində nəzarət fəaliyyətində iştirakı onun vəziyyət haqqında məlumatlı olması baxımından əhəmiyyətlidir. Buna görə də, biz Yüksək Səviyyəli Planlama Qrupunun bütün üzvlərinin bərabər şəkildə, üzrsüz məhdudiyyətlər olmadan müşahidə imkanına malik olmasının vacibliyini vurğulayırıq. Biz YSPQ üzvlərinə edilən hücumları və vətəndaşlıqlarına görə ayrı-seçkiliyə məruz qalmalarını qınayırıq".

Bəyanatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Minsk prosesinin mühüm elementidir: "Biz həmsədrlərin və YSPQ-nun fəaliyyətini dəstəkləmək üçün şəxsi nümayəndənin mandatını yüksək qiymətləndiririk".

AzVision.az


Teqlər: Azərbaycan   ATƏT  





Xəbər lenti