Xızıda 121 ədəd hərbi sursat aşkarlanıb

Xızıda 121 ədəd hərbi sursat aşkarlanıb
  10 Noyabr 2017    Oxunub:1135
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, 121 ədəd partlamamış hərbi sursat (PHS), 214 ədəd partlamış-yanmış mərmi qalıqları və 188 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 535700 kv.m (53.57 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 65 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron Kanalı İstismar İdarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə baxış keçirilib, 14815 ədəd partlamamış hərbi sursat (PHS), 7009 ədəd partlamış-yanmış sursat qalıqları və 64273 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 62 864 585 kv.m (6 286 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Mərmi  





Xəbər lenti