Sərxoş piyadanı avtomobil vurdu

Sərxoş piyadanı avtomobil vurdu
  10 Noyabr 2017    Oxunub:1078
Bakıda yol qəzası törədib qaçan sürücü tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 8-də saat 4.00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən sərxoş vəziyyətdə olan Şamaxı rayon sakini Sovqat Məmmədovun kəllə-beyin xəsarəti və ayağı sınmış vəziyyətdə xəstəxanaya gətirilməsi barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti aldığı məlum olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilmiş tədbirlərlə hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Eldar Eldarov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti