Gəncədə Əziz Əliyev adına park açılıb - Fotolar

Gəncədə Əziz Əliyev adına park açılıb - Fotolar
  10 Noyabr 2017    Oxunub:4221
Azərbaycan prezidenti İlham Əliyev Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib. Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir. Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.



Dövlət başçısına parkda yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb.




AzVision.az


Teqlər: İlham-Əliyev   Gəncə  





Xəbər lenti