“Bizim heç bir maliyyə problemimiz yoxdur” – İlham Əliyev

“Bizim heç bir maliyyə problemimiz yoxdur” – İlham Əliyev
  10 Noyabr 2017    Oxunub:2227
"Ölkəmizin çox böyük potensialı var - ilk növbədə, insan kapitalı. Biz vəsaiti əsasən insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk".
AzVision.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında deyib. O, qeyd edib ki, biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq: “Bu gün dünya xəritəsinə baxanda - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm - istər-istəməz görürük ki, doğrudan da Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir. Gələn il daha da uğurlu olacaq. Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı, biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik”.

“Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ölkəmizə on milyardlarla dollar əlavə sərmayə gətirəcək - deyən İlham Əliyev bildirib: “Bütün bunlar ölkəmizin xeyrinə işləyir. Həm iqtisadiyyatımız, həm də siyasi gücümüz artır. Bütün uğurlarımızın təməlində Azərbaycan xalqının zəhməti dayanır. Bu gün hər bir yerdə inkişaf göz qabağındadır. Həm Bakıda, həm Gəncədə, həm də bütün bölgələrdə, bütün şəhərlərdə vətəndaşlar çox böyük həvəslə quruculuq işlərində iştirak edirlər”, - deyə o vurğulayıb.

AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti