Döyüş Bayrağı hərbi hissəyə təqdim olunub

Döyüş Bayrağı hərbi hissəyə təqdim olunub
  10 Noyabr 2017    Oxunub:1957
Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə təntənəli mərasim keçirilib.
Tədbirdə Müdafiə Nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov iştirak edib.

Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra HHQ komandanı əlamətdar gün münasibəti ilə Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.

Sonra ölkə Prezidentinin müvafiq təqdimatı ilə verilən Döyüş Bayrağı hərbi hissənin komandirinə təqdim olunub. Azərbaycanın Dövlət himni səsləndirilib.
Təntənəli keçidlə Döyüş Bayrağı sıra meydanından aparıldıqdan sonra mərasim sona çatıb.

Kürdəmir rayon Mədəniyyət şöbəsinin nümayəndələrinin iştirakı ilə hərbi hissədə bayram konserti keçirilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti