Bakıdakı yanğında polis mayoru zəhərlənib

Bakıdakı yanğında polis mayoru zəhərlənib
  11 Noyabr 2017    Oxunub:2772
Noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Binəqədi RPİ 5-ci PB-nin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

AzVision.az


Teqlər: polis  





Xəbər lenti