Gömrükdə brilyant əməliyyatı – Təfərrüat

Gömrükdə brilyant əməliyyatı – Təfərrüat
  11 Noyabr 2017    Oxunub:1631
Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə almaz məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.

Daha sonra həmin vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı, vətəndaşın ayaqqabısının sol tayının içərisində 11 ədəd bükümdə müxtəlif ölçülü ağ rəngli qaşlar aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən qaşlar ümumi çəkisi 185,12 karatlıq brilyantdır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Gömrük   Əməliyyat  





Xəbər lenti