Sabah hava küləkli olacaq, yağış yağacaq

Sabah hava küləkli olacaq, yağış yağacaq
  12 Noyabr 2017    Oxunub:3988
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Noyabrın 13-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava   Proqnoz  





Xəbər lenti