Parlamentdə büdcə müzakirələri davam edir - Yenilənib

Parlamentdə büdcə müzakirələri davam edir - Yenilənib
  13 Noyabr 2017    Oxunub:2528
Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi davam edir.
AzVision.az xəbər verir ki, bu gün büdcə zərfinə daxil olan qanun layihələri 5 komitənin - Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın sədrlik etdiyi müzakirələrdə Ombudsman Elmira Süleymanova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, maliyyə nazirinin müavini Azər Bayramov, gənclər və idman nazirinin müavini İntiqam Babayev də iştirak edir.

***
(09:40)

Bu gün Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi davam edəcək.

AzVision.az xəbər verir ki, Azərbaycanın 2018-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisin əksər komitələri tərəfindən müzakirə olunub və plenar iclasa tövsiyə olunub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İctimai birliklər və dini qurumlar komitəsi, Aqrar siyasət komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, Əmək və sosial siyasət komitəsi, Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Elm və təhsil komitəsi və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iki günlük birgə müzakirələrindən sonra sənəd yekdilliklə plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, noyabrın 21-də büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Büdcə  





Xəbər lenti