İlham Əliyevdən Ruhaniyə başsağlığı: “Bu xəbər məni kədərləndirdi”

İlham Əliyevdən Ruhaniyə başsağlığı: “Bu xəbər məni kədərləndirdi”
  13 Noyabr 2017    Oxunub:1908
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!”

AzVision.az


Teqlər: İlham-Əliyev   Həsən-Ruhani   zəlzələ   İran  





Xəbər lenti