Ombudsman Milli Məclisdə təkliflərlə çıxış edib

Ombudsman Milli Məclisdə təkliflərlə çıxış edib
  13 Noyabr 2017    Oxunub:1787
“Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı çox danışılıb. Amma heç bir irəliləyiş yoxdur. Belə olsa onlar üçün də yaxşı olar. Məsələn aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən Azərbaycan Respublikasının İnsan Huquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman bir sıra təkliflərlə çıxış edib: “Şəhid ailələrinə verilən sığortaların ödənilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmçinin regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır. Bu həm insanların öz hüquqlarını müdafiə etmək, həm də bəzi məmurların özbaşınalığının qarşısını almaq üçün dəyərli olardı”.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Parlament  





Xəbər lenti