2018-ci ilin büdcəsi plenar iclasa tövsiyə olundu

2018-ci ilin büdcəsi plenar iclasa tövsiyə olundu
  13 Noyabr 2017    Oxunub:1148
Milli Məclisin komitələrində 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi başa çatıb.
AzVision.az xəbər verir ki, bu gün büdcə zərfinə daxil olan qanun layihələri 5 komitənin - Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə olunub və plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, bundan əvvəl parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İctimai birliklər və dini qurumlar komitəsi, Aqrar siyasət komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, Əmək və sosial siyasət komitəsi, Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Elm və təhsil komitəsi və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iki günlük birgə müzakirələrində sənəd yekdilliklə plenar iclasa tövsiyə olunmuşdu.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   büdcə  





Xəbər lenti