39 il sonra üzə çıxan foto: Fikrət Əmirov İraqda...

39 il sonra üzə çıxan foto: Fikrət Əmirov İraqda...
  13 Noyabr 2017    Oxunub:14036
İraq, 1978-ci il. Azərbaycanın görkəmli bəstəkarı, SSRİ-nin Xalq artisti Fikrət Əmirov İraqa səfər edib. Səfər Xarici İşlər Nazirliyinin xahişi ilə baş tutub. Məlumata görə, səfərdə məqsəd "1001 gecə" baleti üçün materiallar yığmaq olub.
SSRİ məkanında populyar olan Fikrət Əmirov İraq rəsmilərinin dəvəti ilə bu ölkənin milli bayramı münasibətilə təşkil olunan məclisdə iştirak edib.

Səfərdə bəstəkarı tərcüməçi qismində Xaliq Rzayev müşayiət edib. İllər sonra üzə çıxan foto həmin məclisdə lentə alınıb.

Rəna Tağıyeva
AzVision.az


Teqlər: Fikrət-Əmirov  





Xəbər lenti