Xocavənddə mina tapılıb

Xocavənddə mina tapılıb
  13 Noyabr 2017    Oxunub:1016
Daxili İşlər Nazirliyinin "102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Qarasu kəndi ərazisində mərminin olması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə əkin sahəsinə baxış keçirilib, aparılan operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Hava şəraitinin əlverişsiz olması ilə əlaqədar olaraq mina noyabrın 13-də partlayış yolu ilə zərərsizləşdirilib.

AzVision.az


Teqlər: ANAMA   mina  





Xəbər lenti