Şarm Əl-Şeyxin ən varlı 3 adamı Azərbaycandadır

Şarm Əl-Şeyxin ən varlı 3 adamı Azərbaycandadır
  14 Noyabr 2017    Oxunub:8213
"Misirdən Azərbaycana nümayəndə heyəti gəlib. Nümayəndə heyətinə Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fouda rəhbərlik edir"
AzVision.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Suzan Cəmili bu gün keçirilən tədbirdə bildirib. Səfir qeyd edib ki, səfərin əsas məqsədi Şarm Əl-Şeyxlə Qəbələ və Bakı arasında əlaqələri möhkəmləndirməkdir: "Biz ölkələr arasında turistlərin sayını artırmaq, bu istiqamətdə olan əngəlləri adaran qaldırmaq istəyirik".

Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fouda isə deyib ki, Misir Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır:

"Bu, mənim Azərbaycana ikinci səfərimdir. Biz Misir və Azərbaycan arasında əlaqələri bütün sahələrdə inkişaf etdirmək istəyirik. Şarm Əl-Şeyxin üç ən varlı insanı Azərbaycana səfərə gəlib. Biz bu səfərə çox böyük önəm veririk. Ötən gün Turizm Assosiasiyasının rəhbəri ilə görüşdük. Turizm sahəsində hər hansı problem varsa, biz bunu aradan qaldıracağıq. Bu gün "ASAN Xidmət"də olmuşuq və bu, olduqca gözəl layihədir. Şarm Əl Şeyx və Bakı arasında birbaşa reyslərin açılması müzakirə ediləcək. Bununla bağlı yaxın saatlarda AZAL rəhbərliyi ilə görüş keçirəcəyəm. Bundan əlavə nümayəndə heyətinin Azərbaycanın mədəniyyət və turizm naziri, həmçinin Azərbaycanın xarici işlər naziri və Qəbələnin icra başçısı ilə görüşləri olacaq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Misir   Azərbaycan  





Xəbər lenti