Şahin Mustafayevin sədri olduğu komissiya Qahirədə toplanacaq

Şahin Mustafayevin sədri olduğu komissiya Qahirədə toplanacaq
  14 Noyabr 2017    Oxunub:1885
2018-ci ilin fevral ayında Qahirədə Misirlə Azərbaycan arasında hökümətlərarası komissiyanın iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Syüzan Cəmil bildirib.

Görüşdə energetika, siyasət, iqtisadiyyat və digər məsələlər üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Komissiyaya Azərbaycan tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayev, Misir tərəfindən isə Misirin texniki əməkdaşlıq fondunun rəhbəri sədrlik edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Misir   Azərbaycan  





Xəbər lenti