Misirə gedən azərbaycanlı turistlərin sayı azalıb

Misirə gedən azərbaycanlı turistlərin sayı azalıb
  14 Noyabr 2017    Oxunub:1407
"Son iki il ərzində Azərbaycandan Misirə gedən turistlərin sayı azalıb. Bu, iki ölkə arasındakı əlaqələrə uyğun deyil"
AzVision.az xəbər verir ki, bunu Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fouda bildirib.

Onun sözlərinə görə, son iki ildə Şarm Əl-Şeyxə qarşı bəzi ölkələrdə kampaniyalar başlayıb.

"Bəzi ölkələr vətəndaşlarına digər ölkələrə getməmək üçün xəbərdarlıq edir. Fürsətdən istifadə edərək Azərbaycana təşəkkür edirəm ki, onlar heç vaxt öz vətəndaşlarına Misirə, Şarm Əl-Şeyxə getməmək barədə xəbərdarlıq etməyiblər. Azərbaycandan gələn şəxslərə Misirdə viza lazım deyil. Fərdi şəxslər isə Şarm əl-Şeyx hava limanında asanlaşdırılmış qaydada viza ala bilərlər. Azərbaycan bizim üçün əziz və dost ölkədir" - qubernator deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Misir   Azərbaycan  





Xəbər lenti