2 saat internet olmayacaq

2 saat internet olmayacaq
  14 Noyabr 2017    Oxunub:2289
İnternet təminatında fasilələr yarana bilər.
"Bakı Telefon Rabitəsi"ndən AzVision.az-a verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

AzVision.az


Teqlər: İnternet  





Xəbər lenti