Məmmədyarov Sinayın qubernatoru ilə görüşüb

  14 Noyabr 2017    Oxunub : 291
Məmmədyarov Sinayın qubernatoru ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Cənubi Sinay Vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən AzVision.az-a verilən xəbərə görə, Azərbaycanla Misir arasında tarixi əlaqələrə toxunan nazir Elmar Məmmədyarov, ölkələrimiz arasında mədəni və dini bağlılığının münasibətlərin inkişafına müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirdi.

Azərbaycana xüsusi rəğbəti olduğunu bildirən Xalid Fudə Məhəmməd, iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsinin ikitərəfli əməkdaşlığı gücləndirəcəyini və turizmin inkişafına təkan verəcəyini dedi.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın cari vəziyyətinə nəzər salındı və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulandı.

Keçən il Misirə rəsmi səfərini və keçirtdiyi görüşləri xatırladan Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığa töhfə verdiyini bildirdi.

AzVision.az

Teqlər: XİN   Misir