"Rusiya Dumasında əlil deputatlar var, amma bizdə...” - Millət vəkili

"Rusiya Dumasında əlil deputatlar var, amma bizdə...” - Millət vəkili
  15 Noyabr 2017    Oxunub:1568
“Əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır”.
AzVision.az-ın məlumatına görə, bunu millət vəkili Aytən Mustafayeva Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, əlillərə verilən müavinət çox azdır: “Əlillərə 50 manat müavinət verilir. 50 manata nə edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Onların təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur.

Mənə Astaradan olan ailə müraciət edib ki, hamısı lal-kardır, amma oxumağa məktəb yoxdur. Onlar işləyə bilməz? Ələ baxmasınlar deyə, onlara iş verməliyik. Rusiya Dumasında əlil deputatlar var. Onlar fəaldırlar. Amma bizim Milli Məclisin binasında əlillərin içəri girə bilməsi üçün pilləkən də yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”,- deyə deputat bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Deputat   Milli-Məclis  





Xəbər lenti