“Nəvələrinə də “putyovka” istəyirlər” - Deputat şikayət etdi

“Nəvələrinə də “putyovka” istəyirlər” - Deputat şikayət etdi
  15 Noyabr 2017    Oxunub:1697
“Bəzən deputat yoldaşlarımız bizdən ildə 4-5 dəfə göndəriş vərəqəsi istəyir. Bu, mümkün deyil”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Mehbalıyev bildirib ki, göndəriş vərəqəsi hər adama ildə bir dəfə verilə bilər: “Bəzən Nazirlər Kabinetindən belə vərəqələr istəyirlər. Baxırsan, özünün 60, oğlunun da 40 yaşı var. Hələ nəvəsinə də belə sənəd istəyir. Bu məsələni Prezident Administrasiyasında müzakirə etmişəm”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Deputat   Milli-Məclis  





Xəbər lenti