Məhkumlara elektron nəzarət necə tətbiq olunacaq? - Qaydalar

Məhkumlara elektron nəzarət necə tətbiq olunacaq? - Qaydalar
  15 Noyabr 2017    Oxunub:3469
Elektron nəzarət vasitələrinin hansı hallarda tətbiq olunacağı məlum olub.

AzVision.az-ın məlumatına görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə 15-2. (Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri) yeni bənd əlavə edilir:
1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir.

2.Elektron nəzarət vasitəklərinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3.Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifə yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.

4.Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılnması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

5.Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Nəzarət  





Xəbər lenti