Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir

Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir
  15 Noyabr 2017    Oxunub:3084
Azərbaycanda qətimkan tədbirlərinin tətbiqi əsasları maddəsində dəqiqləşdirmə aparılıb.
AzVision.az-ın məlumatına görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 155-ci (Qətimkan tədbirlərinin tətbiqi əsasları) maddəsinin 6-cı bəndində deyilir:

“Təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci (Qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxsdən təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin çağırışlarına gəlməsi və onların yaşayış yerini dəyişməsi, habelə müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alınır) maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir. Bu bənddə “və ona alternativ” sözləri “ev dustaqlığı və girov” sözləri ilə əvəz edilib.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Məcəllə  





Xəbər lenti