Braziliya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

Braziliya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir
  15 Noyabr 2017    Oxunub:2342
Braziliya Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Biz bu münaqişənin sülh yolu ilə həll ediləcəyinə inanırıq.
AzVision.az xəbər verir ki, bu fikirləri Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Nazir bildirib ki, Braziliyanın mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsi olsun və sülh bərpa edilsin.

Braziliyalı diplomat əlavə edib ki, səfərdə məqsəd əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir: “Biz əlaqələrimizdə hüquqi çərçivənin yaradılmasını müzakirə etdik. Bu, iş adamları arasında əlaqələrə təkan verəcək. Gömrük və vergi sahəsində məlumat mübadiləsi barədə danışdıq. Azərbaycanda bir çox şirkətlər var ki, Braziliyanın investisiya proqramlarında iştirak edə bilər. Biznes sahəsində əlaqələr hazırda zəifdir. Ötən il iki ölkə arasında iqtisadi komissiya yaradılıb. Mart ayında Azərbaycandan olan nümayəndə heyəti Braziliyaya gələcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Braziliya   Qarabağ  





Xəbər lenti