Sumqayıtda avtobusun atəşə tutulması xəbərinə aydınlıq gətirildi

Sumqayıtda avtobusun atəşə tutulması xəbərinə aydınlıq gətirildi
  16 Noyabr 2017    Oxunub:10146
Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

AzVision.az


Teqlər: Baş-Prokurorluq   Sumqayıt  





Xəbər lenti