Məktəblilərin payız tətili başlayıb

Məktəblilərin payız tətili başlayıb
  17 Noyabr 2017    Oxunub:3479
Bu gündən məktəblilərin payız tətili başlayıb.
AzVision.az xəbər verir ki, 2017-2018-ci tədris ilinin payız tətili 16-20 noyabr tarixlərini əhatə edəcək. 5 günlük payız tətilindən sonra məktəblilər noyabrın 21-də dərsə gedəcəklər.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb   Tətil  





Xəbər lenti