Ağdamda zəlzələ nəticəsində 127 evə ziyan dəyib

Ağdamda zəlzələ nəticəsində 127 evə ziyan dəyib
  16 Noyabr 2017    Oxunub:4906
“Ötən gün Ağdamda baş verən zəlzələ nəticəsində xəsarət alan olmayıb”.

Bu barədə AzVision.az-a Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib. İcra başçısı bildirib ki, zəlzələ nəticəsində 127 evdə çatlar genişlənib.
“Bir məktəb binasında yüngül çatlar əmələ gəlib. Əvvəldən bir hissəsi qəzalı vəziyyətdə olan evin həmin hissəsi dağılıb. Hər hansı faciəvi hadisə baş verməyib. Ərazidə komissiya işləyir və dəqiqləşmə işləri aparılır” - deyə R.Məmmədov vurğulayıb.

Qeyd edək ki, dünən saat 23:48-də Ağdam ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti